DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

Hazırda oxunan: DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO
602246
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 18-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclasda Şuranın təşkilati məsələləri müzakirə olunmuş, gündəlik təsdiqlənmiş və rəhbər heyət formalaşdırılıb.

Bizim.Media xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib.
 

DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov sədr müavini, Azərbaycan Jurnalistləri Birliyinin üzvü, əməkdar jurnalist İxtiyar Hüseynli isə Şuranın katibi seçilib.


İclasda İctimai Şuranın qarşıdakı iki il üçün fəaliyyət planının hazırlanması barədə qərar qəbul edilib.

Göstərilən etimada görə Şüra üzvlərinə təşəkkür edən Ə.Nuriyev bildirib ki,  İctimai Şura öz fəaliyyətində qanunun aliliyinə əsaslanaraq, şəffaflıq, obyektivlik, peşəkarlıq və dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsi prinsiplərini rəhbər tutacaq.

İclasdan sonra Daxili işlər nazirinin müavini, DİN yanında İctimai Şuraya seçkilər üzrə seçki komissiyasının sədri, general-leytenant İsmət Əliyev Şura üzvlərinə vəsiqələri təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO - foto 1
DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO - foto 2
DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO - foto 3
DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO - foto 4
DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO