Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 1 nəfər xilas edildi - FOTO-VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 1 nəfər xilas edildi - FOTO-VİDEO

Hazırda oxunan: Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 1 nəfər xilas edildi - FOTO-VİDEO
601588
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
 

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının on səkkiz mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.


FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 71 kvadratmetr olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin 8 nəfər bina sakini təxliyə olunub.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.



Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 1 nəfər xilas edildi - FOTO-VİDEO - foto 1
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 1 nəfər xilas edildi - FOTO-VİDEO - foto 2
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın: 1 nəfər xilas edildi - FOTO-VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO