Hafisət Çitiyeva: “Təyyarə qəzasında ölənlərin siyahısında adım var idi” – VİDEO

Hafisət Çitiyeva: “Təyyarə qəzasında ölənlərin siyahısında adım var idi” – VİDEO

Hazırda oxunan: Hafisət Çitiyeva: “Təyyarə qəzasında ölənlərin siyahısında adım var idi” – VİDEO
587368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan və bir ay komada qalan Hafisət Çitiyeva Baku TV-yə faciənin dəhşətləri barədə danışıb.

Bizim.Media xəbər verir ki, o, dekabrın 25-də həyat yoldaşının yanına getmək üçün həmin reyslə yola düşdüyünü bildirib:

"Təyyarəyə yoldaşımın iki bibisi ilə birlikdə minmişdim. Hadisə baş verəndə təşviş yaranmışdı, hamı qışqırırdı. Hər şey yadımdan çıxıb. Hökumənin "hər şey yaxşı olacaq" deməsi yadıma düşür".

H.Çitiyeva qəza nəticəsində belinin, sol çiyninin, qabırğalarının, döş qəfəsinin və ayağının qırıldığını bildirib:

"Belimdə implant var. Sol çiynimə görə hələ də müalicə almalıyam.

Komadan ayılanda soruşurdum ki, niyə bu vəziyyətdəyəm, heç nə başa düşmürdüm. Hələ də qorxuram, axşamlar rahat yata bilmirəm. Qəza ilə bağlı çox videoya baxmışam. Ölən insanların siyahısında mənim də adım var idi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO