Xətai prospektində XAOS: Piyadalar vuruldu -VİDEO

Xətai prospektində XAOS: Piyadalar vuruldu -VİDEO

Hazırda oxunan: Xətai prospektində XAOS: Piyadalar vuruldu -VİDEO
585409
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əks yola çıxan avtomobil iki piyadanı vurub. Hadisə paytaxtın Xətai prospektində qeydə alınıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə yol nişanlarının və xətlənmənin olmadığı ərazidə baş verib.

Şahidlər bildirirlər ki, yenicə təmirdən çıxan bu ərazidə hərəkət xaotikdir və təhlükə hər an yarana bilər.

Xətai prospektində asfaltlanma işləri artıq yekunlaşıb. Köhnə asfalt qatı sökülüb, əvəzində yeni örtük vurulub və hazırda nəqliyyat vasitələri prospekt üzrə hərəkət edir.

Piyadalar bildirirlər ki, yolda texniki tamamlanma mərhələsi hələ icra olunmadığından onlar haradan keçəcəklərini bilmirlər. Üstəlik, ərazidə səkilər və parkinq zonalarında da müəyyən problemlər mövcuddur.

Xüsusilə bu yoldan mütəmadi istifadə edənlər problemin qısa zamanda həll edilməsini istəyirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Xətai prospektində yol nişanlarının quraşdırılması, xətlənmə və hərəkətin təşkili Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətinə aiddir.

Daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO