
- A-
- A
- A+
Cəmiyyət
09:57 / 10.12.2025
1 dəq oxunma
Şəhid atası vəfat etdi – FOTO
Hazırda oxunan: Şəhid atası vəfat etdi – FOTO
584757
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun atası vəfat edib.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, şəhidin atası Səməd Nəsibov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhum Qazaxda dəfn edilib.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü N. Nəsibov 2020-ci il oktyabrın 27-si Qubadlıda gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.
O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































