Qusar məktəbliləri “SAF 2025”-də fərqləndilər - FOTO

Qusar məktəbliləri “SAF 2025”-də fərqləndilər - FOTO

Hazırda oxunan: Qusar məktəbliləri “SAF 2025”-də fərqləndilər - FOTO
581590
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 17-19 noyabr tarixlərində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) başa çatıb.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, bu il 16 əsas və 2 alt kateqoriya üzrə təşkil olunan yarışlarda 22 ölkəni təmsil edən iştirakçılar arasında 202 nəfəri xarici ölkələrin təmsilçiləri olmaqla 1400-dən çox finalçı seçilib.
 

Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərindən ibarət “Kavkaz” komandası festivalın ən mürəkkəb və yüksək texniki hazırlıq tələb edən istiqamətlərindən biri olan “CubeSat” kateqoriyası üzrə II yerə layiq görülüb.


Komandanın üzvləri – Mansur Oktay oğlu Babayev və Maqsud Oktay oğlu Babayev mentor David Əliyevin rəhbərliyi ilə yüksək nəticə göstərərək gümüş medala layiq görülüblər.

Qusar məktəbliləri “SAF 2025”-də fərqləndilər - FOTO - foto 1
Qusar məktəbliləri “SAF 2025”-də fərqləndilər - FOTO - foto 2


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO