Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO

Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO

Hazırda oxunan: Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO
575830
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti cənab İlham Əliyevin D-8 İnkişaf etməkdə olan ölkələr təşkilatının Baş Katibi ilə 4 mart 2025-ci il tarixində Bakıda keçirdiyi görüşdə aparılmış müzakirələrə uyğun olaraq Azərbaycan bu Təşkilatda fəal işlər aparmaqdadır.

Bizim.Media xəbər verir ki, bu həftə Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir.
 

D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri keçirilir.


Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə Təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzularının D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 təşkilatının 27 il əvvəl yaradılmasından sonra bu Təşkilatın üzvüyünə qəbul edilmiş ilk ölkə olub. Hazırda D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, Indoneziya, Banqladeş va Malaziya daxildir.

Hazırda Misir D-8-ə sədrlik edir və 1 yanvar 2026-cı ildən 2 il ərzində İndoneziya D-8-ə sədrıik edəcəkdir.

İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Kommisarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edirlər. Həmçinin D-8 üzv ölkələrindən olan İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və şəhər rəhbərləri həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər. (Apa.az)

Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 1
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 2
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 3
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 4
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 5
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 6
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 7
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 8
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 9
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 10
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 11
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 12
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 13
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 14
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 15
Azərbaycanda D-8 həftəsi təşkil edilir - FOTO - foto 16

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO