Küləkli hava şəraiti nə vaxta qədər davam edəcək?

Küləkli hava şəraiti nə vaxta qədər davam edəcək?

Hazırda oxunan: Küləkli hava şəraiti nə vaxta qədər davam edəcək?
54372
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Küləkli hava şəraiti sabah gündüz saatlarına qədər davam edəcək.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyi əsəcək. Gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

"Yanvarın 9-u səhər saatlarından başlayaraq külək mülayimləşəcək və cənub-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 10-da da gün ərzində cənub-qərb küləyi əsəcək. Eyni zamanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bu gün axşam və yanvarın 9-da gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir", - o əlavə edib.

Qurum rəsmisi bildirib ki, rayonlarda da yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Lakin bu gün axşam və ayın 9-u gecə bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Bölgələrdə də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeronda gündüz 8-12 dərəcə, aran rayonlarında 10-15 dərəcə, dağlıq ərazilərdə isə 2-7 dərəcə isti olacaq" - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO