
- A-
- A
- A+
Elmar Məmmədyarovun atası DÜNYASINI DƏYİŞİB - ÖZƏL
Azərbaycanın keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun 96 yaşlı atası Məhərrəm Məmmədyarov dünyasını dəyişib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə günorta saatlarında Məhərrəm Məmmədyarovun cənazəsi yuyulması üçün “Təzə Pir” məscidinə aparılıb.
Məhərrəm Məmmədyarovun sabah vida mərasimindən sonra torpağa tapşırılacağı bildirilir.
Qeyd edək ki, Məhərrəm Məmmədyarov 51 il Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyib.
Məhərrəm Məmmədyarov azərbaycanlı alim, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür. O, 2014-cü ildə “Şərəf” ordeni ilə təltif olunub.
Məhərrəm Məmmədyarovun anası Cəvahir xanım Naxçıvanın məşhur ailələrindən olan Kəlbalıxanovlardandır.
Alçina Amilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































