Bakı İdman Sarayının direktoru işdən çıxarıldı

Bakı İdman Sarayının direktoru işdən çıxarıldı

Hazırda oxunan: Bakı İdman Sarayının direktoru işdən çıxarıldı
51600
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı İdman Sarayının direktoru Cəlalət Kazımova tutduğu vəzifədən azad olunub.

Bizim.Media xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Hələlik sarayın direktoru vəzifəsinə yeni təyinat yoxdur.

Məlumatı nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev report-a təsdiqləyib. O, C.Kazımovanın öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.

Qeyd edək ki, Cəlalət Kazımova AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti və “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun anasıdır.

Bakı İdman Sarayı (əvvəlki adı Əl Oyunları Sarayı) 1974-cü ildə inşa olunub. Həmin vaxtdan idman qurğusuna əvvəlcə Z.Axundovun atası Asif Axundov, daha sonra Cəlalət Kazımova rəhbərlik edib.

Xəzər dənizi sahilindəki Bakı Bulvarının ətrafında yerləşən Bakı İdman Sarayında indiyədək həndbol, badminton, cüdo, futzal, güləş, stolüstü tennis, taekvondo və voleybol növlərində ölkədaxili və beynəlxalq yarışlar keçirilib. Arenada nüfuzlu yarışlardan güləş üzrə Qızıl Qran-Pri turniri, Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları təşkil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO