Azərbaycanda dəhşətli qəza: Yaralıların adları açıqlandı - SİYAHI - YENİLƏNİB

Azərbaycanda dəhşətli qəza: Yaralıların adları açıqlandı - SİYAHI - YENİLƏNİB

Hazırda oxunan: Azərbaycanda dəhşətli qəza: Yaralıların adları açıqlandı - SİYAHI - YENİLƏNİB

51226

İlkin məlumata görə, qəza Bakı-Ələt yolunun 61-ci kilometrliyində baş verib.

***

Kliniki Tibbi Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, yaralıların siyahısı aşağıdakı kimidir:

2008-ci il təvəllüdlü Əliyeva Nigar, 

1988-ci il təvəllüdlü Əliyeva Samirə, 

2010-cu il təvəllüdlü Əlili Əli, 

1960-cı il təvəllüdlü Qəhrəmanova Aşirə,

1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,

1961-ci il təvəllüdlü Məmmədova Təranə,

1994-cü il təvəllüdlü Mərdarov Zabit,

1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,

1971-ci il təvəllüdlü Əliyev Xaliq.

Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

***

Qəzadan sonra yaralılardan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Daha 2 nəfərin sözügedən xəstəxanaya gətirlmək üçün təcili tibbi yardım avtomobilində olduğu deyilir. 

Aralarında azyaşlıların da olduğu yaralıların çoxunun vəziyyəti ağırdır.

***

Ələt qəsəbəsində ağır yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Ford Transit” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub. 

Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO