Bakıda restoranda yanğın oldu, bir qadın boğuldu - ÖZƏL - FOTO/VİDEO

Bakıda restoranda yanğın oldu, bir qadın boğuldu - ÖZƏL - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda restoranda yanğın oldu, bir qadın boğuldu - ÖZƏL - FOTO/VİDEO

0:00
0:00
50965

Bakıda baş verən yanğın hadisəsinin hansı ərazidə olduğu bəlli olub.

Bizim.Media-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Rəşid Behbudov 58A ünvanında yerləşən “Dürmək” restoranında qeydə alınıb.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Təcili Tibbi Yardımın əməkdaşları cəlb olunub. Bina sakinləri təxliyə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakının mərkəzində YANĞIN  – VİDEO


Tüstüdən boğulan qadına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Daha sonra yanğın FHN tərəfindən lokallaşlaşdırılıb.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb tüstü borusunun tutulması olub.

Faktla bağlı araşdırma davam edir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO