Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin meyiti tapıldı

Hazırda oxunan: Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin meyiti tapıldı

49753

2015-ci il dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, meyitin ölən neftçilərdən birinə - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsus olduğu bilinib.

Bu barədə mərhumun qardaşı Bəhruz Cəfərov sosial şəbəkə hesabında məlumat verib. 

Xatırladaq ki, dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb.

Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO