Bakıda sanitar günü keçirildi - FOTO 

Hazırda oxunan: Bakıda sanitar günü keçirildi - FOTO 

49032

Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb.

Bu barədə Bizim.Media-ya BŞİH-dən məlumat verilib.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabr ayının 4-ü səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı sanitar tədbirləri həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Şəhər İcra Hakimiyyətindən vətəndaşlara MÜRACİƏT


Gün ərzində şəhərin prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası həyata keçirilib.

Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz də yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO