Gənc müğənni Ayaz Babayev informasiya savaşından danışdı

Gənc müğənni Ayaz Babayev informasiya savaşından danışdı

Hazırda oxunan: Gənc müğənni Ayaz Babayev informasiya savaşından danışdı

4866

Azərbaycan 44 günlük Vətən müharibəsində öz iradəsinin hesabına bütün dünyaya öz gücünü, mətanətini göstərdi.

Lakin müharibə təkcə cəbhədə deyil, həmçinin, sosial mediada və mətbuatda da gedirdi. Ermənilərin dünyada güclü təbliğat mexanizminə baxmayaraq, azərbaycanlılar bütün resursları səfərbər edərək, Ermənistanın PR maşınına qarşı layiqli müqavimət göstərirdilər.

Arxa cəbhənin qəhramanlarından biri də gənc müğənni Ayaz Babayevdir. Onun atası da Qarabağ müharibə qaizisidir. 

Bizim.Media-ya açıqlamasında A.Babayev müharibə zamanı apardığı təbliğatdan danışıb:

"Hər bir azərbaycanlı kimi, bu dövrdə əlimdən gələni etməyə çalışdım. Mən bütün məni izləyən auditoriyanı səfərbər edib, ermənilərin və onlara dəstək olan dünya məşhurlarına qarşı mübarizə apardıq''.

''Naomi Campbell, Cardi B, Elton John, Hailey Biber kimi məşhur simaların , erməniləri dəstəkləyən paylaşımlarına, fasiləsiz 5-10 min şərh yazaraq ,həmin paylaşımları sildirdik. Həmçinin Mesut Özil və digər məşhurların hesablarından Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışdıq”.

Ayaz Babayev bu işdə ona yardımçı olan dostlarına da minnətdarlıq edib, bizim informasiya savaşımız hələ də davam edir, deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO