Axtarışda olan 3 qardaş tutuldu - FOTO

Axtarışda olan 3 qardaş tutuldu - FOTO

Hazırda oxunan: Axtarışda olan 3 qardaş tutuldu - FOTO
47618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Axtarışda olan Şəmkir rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) və DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinərək axtarışda olan Şəmkir rayon Şiştəpə kənd sakinləri - Zaur, Bəylər və Zabil Aslanov qardaşları saxlanılıblar.

Polis əməkdaşları həmin qardaşların yerini Bakı şəhərində müəyyən edərək Bakı şəhər Nizami rayon Polis İdarəsinə gətiriblər.

İdarədə onların üzərinə baxış keçirilən zaman, narkotik maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Hər üç şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO