Birinci xanıma Basqal kəlağayısı hədiyyə olundu

Birinci xanıma Basqal kəlağayısı hədiyyə olundu

Hazırda oxunan: Birinci xanıma Basqal kəlağayısı hədiyyə olundu
44266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım qəsəbəni gəzib, sakinlərlə söhbət ediblər.

Birinci xanım Mehriban Əliyevaya Basqal kəlağayısı hədiyyə olunub.

Prezident İlham Əliyev: Salaməleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz. Mehriban xanım xoş gəlmisiniz. Necəsiniz?

Prezident İlham Əliyev: Sağ olun, siz necəsiniz?

Qadın sakin: Sizin sayənizdə biz çox yaxşı yaşayırıq. Çox sevinirik ki, Siz torpaqlarımızı almışınız. Yuxarıda Allah, aşağıda Siz. Biz Sizi çox istəyirik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Qadın sakin: Hədiyyəmizi qəbul edin Basqal kəlağayısıdır.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, çox sağ olun.

Prezident İlham Əliyev: Bilirsiniz, Basqalda da işlər gedir.

Qadın sakin: Bəli, təzə yol açılır biz tərəfdə. Biz Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun. Basqal da Lahıc kimi olacaq, turistlə dolu.

Qadın sakin: İnşallah. Allah Sizdən razı olsun, Allah Sizi qorusun. Artıq turistlərimiz bol olur.

Prezident İlham Əliyev: Şamaxı yolundan da gələn çoxdur.

Qadın sakin: Bəli, təzə yoldur.

Birinci xanım Mehriban Əliyeva: Turistlər gəlirlər?

Qadın sakin: Turistlər çoxdur, şənbə-bazar günləri çox olur, amma ara günləri o qədər də yox.

Digər qadın sakin: Qarabağı azad etməyiniz bizi çox sevindirdi.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Sağ olun, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO