Lənkəranda “saxta polis” saxlanıldı

Lənkəranda “saxta polis” saxlanıldı

Hazırda oxunan: Lənkəranda “saxta polis” saxlanıldı
43924
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Masallı rayon sakini olan bir nəfər şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək aldadıldığını bildirib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Lənkəran şəhəri ərazisində olarkən ona yaxınlaşan bir şəxsin özünü polis əməkdaşı kimi təqdim edərək pul tələb etdiyini, əks halda karantin rejim qaydalarını pozduğuna görə ona cərimə yazacağını bildirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əlizadə olduğu müəyyən edilib.

Həmin şəxsin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa polisə müraciət etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO