
- A-
- A
- A+
Bu gün şəhid Səttər Piriyevin doğum günüdür - FOTO
Bu gün Qubanın Zərdabi qəsəbəsində Vətən Müharibəsi şəhidi Səttər Fuad oğlu Piriyevin doğum günü qeyd olunub.
Bizim.Media xəbər verir ki, şəhidin 23 yaşının tamam olduğu gün yaşadığı evin qarşısında Səttər şəhid bulağının açılışı olub.
Açılış mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər və Quba İH-nin nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycan Milli Ordusunun hərbçisi, leytenant Səttər Piriyevin Xocavənd döyüşlərində fəal iştirakından və döyüşlərin birində qəhrəmancasına şəhid olması qeyd olunub.
Şəhid leytenant Səttər Piriyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə"və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Aytəkin Alxaslı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































