
- A-
- A
- A+
Bu gün şəhid Eynulla Lətifovun ANIM GÜNÜDÜR - FOTO
Qubanın İkinci Nügədi kəndində Vətən Müharibəsi şəhidi Eynulla Lətifovun şəhadətə yüksəlməsinin ildönümü qeyd edilib.
Bizim.Media xəbər verir ki, 2020-ci il oktyabrın 18-dən 19-a keçən gecə Xocavənd döyüşlərində şəhid olan Eynulla Lətifov bir il əvvəl doğma kəndi olan İkinci Nügədi kənd qəbristanlığında dəfn edilib.
Şəhid Eynulla Lətifovun anım mərasimində Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, DTX-nin Quba rayon şöbəsinin rəisi və digər rəsmi şəxslər iştirak edərək şəhidin valideynlərinə başsağlığı veriblər.
Ziyəddin Əliyev Eynulla Lətifovun və bütün şəhidlərimizin xatirəsinin dövlət səviyyəsində həmişə uca tutulacağını deyib.
Sentyabrın 9-da 20 yaşı tamam olan Eynulla Lətifov subay idi. O, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.
Aytəkin Alxaslı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































