Suqovuşan yolu minalardan təmizləndi

Suqovuşan yolu minalardan təmizləndi

Hazırda oxunan: Suqovuşan yolu minalardan təmizləndi
4145
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 30-dan dekabrın 2-dək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, Goranboy, Füzuli, Goranboy, Xocavənd və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 31 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub.

ANAMA-dan Bizim.Media-ya bildirilib ki, daxil olmuş 34 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 55 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 303 ədəd partlamamış hərbi sursat, 17 ədəd 9N235 bombacığı, 79 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina, 29 ədəd tank əleyhinə minanın partladıcısı, 3 274 ədəd müxtəlif çaplı patronlar, 5400 qr barıt və 112 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan təmizlənilməsi əməliyyatı başa çatıb, 118 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina, 4 ədəd tank əleyhinə minanın partladıcısı və 7 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Agentliyin partlayış qrupu tərəfindən 55 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO