Aeroport yolundakı qəzada xəsarət alanların adları BİLİNDİ - SİYAHI

Aeroport yolundakı qəzada xəsarət alanların adları BİLİNDİ - SİYAHI

Hazırda oxunan: Aeroport yolundakı qəzada xəsarət alanların adları BİLİNDİ - SİYAHI
41384
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda avtobusun yük maşını ilə toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 16 nəfərin adları məlum olub. 

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlardan 8 nəfərinin qadın, 8 nəfərinin isə kişi olduğu bildirilir. 

Trend-in məlumatına görə, xəsarət alanlardan 1967-ci il təvəllüdlü Məmmədova Gülşən Ələddin qızı, 1999-cu il təvəllüdlü Məmmədov Emin Telman oğlu, 1984-cü il təvəllüdlü Ağayeva Aygül Səməd qızı, Əliyeva Zərifə İsmayıl qızı, 1964-cü il təvəllüdlü Nağıyeva Bağdagül Nağı qızı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

5 nəfəri "öldürən" sürücü ilə bağlı gerçək ÜZƏ ÇIXDI - RƏSMİ


Hadisə nəticəsində digər xəsarət alanlar- 1983-cü il təvəllüdlü Həsənov Nəriman Adışirin oğlu, 1962-ci il təvəllüdlü Əsədova Mətanət Nurulla qızı, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə Ənvər qızı və 1972-ci il təvəllüdlü Mənsurova Samirə Vaqif qızı isə müxtəlif dərəcəli bədən xəasarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib. 

Hadisə zamanı yüngül xəsarətlər alan 7 nəfər - 1979-cu il təvəllüdlü Rzayev Sərdar Rza oğlu, 1962-ci il təvəllüdlü Hüseynov Eldar Hacıbaba oğlu, 1986-cı il təvəllüdlü Eyvazova Samirə Sergey qızı, 1985-ci il təvəllüdlü İbrahimov Orxan Salam oğlu, 1975-ci il təvəllüdlü Zeynalabdinov Ramiz Vüsal oğlu, 1993-cü il təvəllüdlü Tağıyev Sürət Nüsrət oğlu və 1992-ci il təvəllüdlü Məmmədov Elvin Zakir oğluna ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 
 

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. 


Hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Qəza nəticəsində 5 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb. Yük maşınının 19 yaşlı sürücüsü saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO