"Bakcell" Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə TƏLTİF EDİLDİ 

Hazırda oxunan: "Bakcell" Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə TƏLTİF EDİLDİ 

41240

"Bakcell" şirkəti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, regionun dayanıqlı iqtisadi inkişafı və rifahına, eyni zamanda ekoloji tarazlığının bərpa olunması istiqamətində aparılan işlərə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif olunub.   

Bizim.Media xəbər verir ki, sertifikatı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeberə təqdim edib.  

"Bakcell" Fonda 1,4 milyon manat vəsait köçürüb. Şirkətin də daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon manat təşkil edib. 

"Bakcell" eyni zamanda işğaldan azad olunmuş ərazilərdə mobil rabitə şəbəkəsinin qurulmasını həyata keçirməklə Qarabağda bərpa işlərinə öz töhfəsini verir.

Şirkətin baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə quraşdırılıb. "Bakcell" Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlər aparır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO