Bu təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçimi BAŞLAYIR - FOTO 

Bu təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçimi BAŞLAYIR - FOTO 

Hazırda oxunan: Bu təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçimi BAŞLAYIR - FOTO 
41219
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçiminə başlanılır. 

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, vakansiya seçimində iştirak etmək istəyən namizədlər aşağıdakı cədvəldə təqdim olunan vakansiyalar üzrə müraciət edə bilərlər. 

Vakansiya seçimi 13 oktyabr saat 18:00-dək davam edəcək. 

Mövcud vakansiyalarla bağlı müraciət etmək üçün namizədlərdən aşağıdakı linkə daxil olaraq müvafiq məlumatları və vakansiyanı qeyd edərək sorğunu tamamlamaq tələb olunur. 

Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir.

Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək. 

Növbəti mərhələdə uyğun hesab edilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq. 

Bizim.Media

Bu təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçimi BAŞLAYIR - FOTO  - foto 1
Bu təhsil müəssisələrinə işə qəbul üzrə vakansiya seçimi BAŞLAYIR - FOTO  - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO