Müəllimlərin işə qəbulunun formatı və tarixi açıqlandı

Müəllimlərin işə qəbulunun formatı və tarixi açıqlandı

Hazırda oxunan: Müəllimlərin işə qəbulunun formatı və tarixi açıqlandı
4104
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

Namizədlər dekabrın 4-dən onlayn müsahibələrdə iştirak etmək üçün şəxsi səhifələrində təlimatla tanış ola bilərlər.

6 dekabr saat 23:59-dək isə elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO