Bu gün şəhid Elməddin Meydanovun doğum günüdür - FOTO

Bu gün şəhid Elməddin Meydanovun doğum günüdür - FOTO

Hazırda oxunan: Bu gün şəhid Elməddin Meydanovun doğum günüdür - FOTO
36489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 11-i Vətən Müharibəsi şəhidi, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu ,kapitan Elməddin Bahəddin oğlu Meydanovun doğum günüdür.

Bu gün Elməddinin ad gününü ailə üzvləri, doğmaları və hərbçi yoldaşları, onsuz qeyd edirlər. 
Doğulduğu Naxçıvanın Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn edilən Elməddin Meydanov müharibə başlayanədək  Göytəpə sərhəd dəstəsində xidmət edib.

Kapitan Meydanov səbrimizin daşdığı bir məqamda - düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək üçün  başlanılan  Vətən Müharibəsində könüllü olaraq ön xəttə gedib.

2020-ci il oktyabrın 27-də Zəngilan uğrunda gedən döyüşlərdə boğazından qəlpə yarası alan Elməddin Meydanov qəhrəmancasına şəhid olub. 

Ölümündən sonra şəhid kapitan Meydanov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda ", "Döyüşdə fərqlənməyə görə" və "Zəngilanın azad olunmasına görə" medallarına layiq görülüb.

H.Əliyev adına Hərbi Akademiyanı bitirən Elməddin Meydanov 9 il Sərhəd Qoşunlarında qulluq edib. Kapitan Meydanov Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində verdiyi 47 şəhiddən biridir. 



Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO