
- A-
- A
- A+
Cəmiyyət
17:34 / 21.07.2021
1 dəq oxunma
Xırdalanda səki zəbt olundu - piyada 102-yə zəng etdi
Hazırda oxunan: Xırdalanda səki zəbt olundu - piyada 102-yə zəng etdi
29375
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xırdalanda səkiyə yük boşaldan şəxslər piyadaların hərəkətini çətinləşdirib.
Bizim.Media xəbər verir ki, 50-AE-937 qeydiyyat nişanlı "İsuzu" markalı yük avtomobilinin sürücüsü və sərnişini Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsindəki "Yaşıl Market"ə gətirdikləri içkiləri səkiyə yığıblar.
Səki zəbt olunduğu üçün piyadalar yolun hərəkət hissəsiylə getməli olub.
Sakin deyir ki, həmin vaxt səkinin zəbt olunması ilə bağlı yükü boşaldan şəxslərə nəzakətli şəkildə irad bildirib.
Lakin avtomobildən yükü boşaldan şəxs "bu ölkədə qanun var?"- deyərək etdiyi əmələ haqq qazandırmağa çalışıb.
O, bildirdiyi irada reaksiya verməyən şəxslərin hərəkətindən Daxili İşlər Nazirliyinin 102 qaynat xəttinə şikayət edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































