Azərbaycanda daha bir ŞOK: 16 yaşlı qızı nişanlayırlar – FOTOFAKT

Azərbaycanda daha bir ŞOK: 16 yaşlı qızı nişanlayırlar – FOTOFAKT

Hazırda oxunan: Azərbaycanda daha bir ŞOK: 16 yaşlı qızı nişanlayırlar – FOTOFAKT
29309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astarada 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” səhifəsində yazıb.

Nişanın bu gün saat 14:00-da Astara rayonu Rüdəkənar kəndində baş tutacağı qeyd olunub:

“Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan (olsa nə olacaq ki...) Astara rayonu Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur.

Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər.

İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, “vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik”.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində 15 yaşlı qızın 30 yaşlı kişiyə ərə verilməsi ilə bağlı məlumat yayılmışdı.

Bizim.Media
 


Azərbaycanda daha bir ŞOK: 16 yaşlı qızı nişanlayırlar – FOTOFAKT - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO