Ağır yaralanan daha 8 qazi Türkiyəyə göndərildi - FOTO

Ağır yaralanan daha 8 qazi Türkiyəyə göndərildi - FOTO

Hazırda oxunan: Ağır yaralanan daha 8 qazi Türkiyəyə göndərildi - FOTO
28419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağır yaralanan daha 8 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Bizim.Media-ya verilən məlumata görə, Türkiyədən Azərbaycana gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.

Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Qeyd edək ki, müalicə üçün Türkiyəyə göndərilən qazilərimiz aşağıdakılardır:

1. Hüseynov Tural Araz oğlu

2. Bağırov Yaşar Yavər oğlu

3. Məmmədov Məhəmməd Asif oğlu

4. Məmmədzadə Adəm Gülhəsən oğlu

5. Nağıyev Şıxseyid Vahid oğlu

6. Novruzov Rəşad Lətif oğlu

7. Məhərrəmov Əkbər Səyyaf oğlu

8. Qurbani Ruslan Qulam oğlu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO