“Məhərrəmlikdə toy edənləri etməyənlər qınamasın” – Azərbaycanlı alimdən AÇIQLAMA

Hazırda oxunan: “Məhərrəmlikdə toy edənləri etməyənlər qınamasın” – Azərbaycanlı alimdən AÇIQLAMA

28002

Pandemiyaya görə, ölkəmizdə uzun müddət toylara qadağa qoyulmuşdu. Lakin son statistik göstəricilərdə azalmalar müşahidə olunduğu üçün iyulun 1-dən ölkə ərazisində bəzi qaydalara əməl olunmaqla məclislərin keçririlməsinə icazə verilib.

Nəzərə alsaq ki, uzun müddət ölkədə toy keçirilmədiyi üçün, evlənmək istəyənlərin sayı həddən artıq çoxdur.

Bu da toy məclisi qurmaq üçün məkanların çatışmazlığına, zamanın yetişməzliyi kimi bir-sıra problemlərə yol açıb. Elə bu səbəbdən də son zamanlar müzakirə olunan məhərrəmlik ayında toy etmək mövzusu aktuallaşıb. 

İnsanlar həm də məhərrəmlik ayından sonra Operativ Qərargahın karantin rejimini sərtləşdirəcəyindən də qorxurlar. Ona görə bu məsələyə konkret aydınlığın gəlməsi vacibdir.

Bizim.Media mövzunun aktuallığını nəzərə alaraq, bu haqda araşdırma aparıb. Bəs məhərrəmlik ayında məclislərin keçirilməsinə icazə necə verilir? 
 

MÖVZU İLƏ BAĞLI:

Məhərrəm ayının daxil olacağı tarix AÇIQLANDI


Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Hacı Şahin bildirib ki, millətimiz əsirlərdir məhərrəmlik ayına hörmətlə yanaşıb:

“Əslində, Azərbaycanda dini baxımında məhərrəm ayında toylar, məclislər keçirilmir. Bu bir növ islam dininin yazılmamış qanunu desək heç də yanılmarıq. Bəzi insanlar nəinki toy etməyə, heç bu ayda çağırılan məclislərə belə getmirlər. Ümidvaram ki, bu dəfə də xalqımız bu müqəddəs dəyərimizə hörmətlə yanaşacaq”. 

Lakin pandemiya, karantin sıxıntısına görə, öyrəşdiyimiz adətlərimizdən bir-bir imtina etdikcə, bəzi adətlərimizi də unuduruq.

Şərqşünas-alim Nəriman Qasımoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, məhərrəm ayında toy etməyənlər toy edənləri qınamağa ixtiyarı yoxdur. Çünki bu məsələ sırf etiqatla bağlıdır.

“Bu hər insanın şəxsi fikridir, fərdi məsələdir. Din baxımdan isə bu yenə də bildirirəm ki, etiqada bağlı olan bir fikirdir. Məhərrəmlik etiqadında olan insanlara bu icazə verilmir, digər etiqadlarda isə buna yol verilir. Hər bir insanın borcudur ki, digərinin inancına hörmətlə yanaşsın. Bizim ölkədmizdə etiqat azadlığı var. Ona görə bu məsələyədə diqqətlə yanaşmaq lazımdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO