Sumqayıtda 51 yaşlı kişi BIÇAQLANDI - 15 yaşlı yeniyetmə şübhəli bilinir

Sumqayıtda 51 yaşlı kişi BIÇAQLANDI - 15 yaşlı yeniyetmə şübhəli bilinir

Hazırda oxunan: Sumqayıtda 51 yaşlı kişi BIÇAQLANDI - 15 yaşlı yeniyetmə şübhəli bilinir
272252
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhərində münaqişə zəminində bıçaqlanma hadisəsi qeydə alınıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Atakişiyev Rafət İlqar oğlu 1974-cü il təvəllüdlü Yunusov Vüqar Şövkət oğluna bıçaqla xəsarət yetirib.

Hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib.
 

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1974-cü il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Bud-çanaq oynağının açıq yarası diaqnozu təyin edilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.


Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO