Qaraciyəri spirtli içkilərin yaratdığı zərərdən qoruya bilən meyvənin adı açıqlandı - Elmi tədqiqat

Qaraciyəri spirtli içkilərin yaratdığı zərərdən qoruya bilən meyvənin adı açıqlandı - Elmi tədqiqat

Hazırda oxunan: Qaraciyəri spirtli içkilərin yaratdığı zərərdən qoruya bilən meyvənin adı açıqlandı - Elmi tədqiqat
272123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cənubi Koreya və Çindən olan beynəlxalq alimlər qrupu, Ussuriya armudu (Pyrus ussuriensis) ekstraktının qaraciyəri həddindən artıq spirt istehlakı nəticəsində yaranan zədələrdən qoruya biləcəyini bildiriblər.

Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri "Food & Function" elmi jurnalında dərc olunub.

Ussuriya armudu ənənəvi olaraq xalq təbabətində həddindən artıq spirtli içkilərin qəbulundan sonra yaranan intoksikasiya vəziyyəti ("paxmel") simptomlarını azaltmaq üçün istifadə olunur.

İndi onun effektivliyi elmi şəkildə təsdiq edilib. Laboratoriya testlərində "Pyrus ussuriensis" ekstraktı etanolun qaraciyər hüceyrələrinə toksiki təsirini azaltmaq qabiliyyətini nümayiş etdirib.
 

Alimlər qeyd edirlər ki, ekstrakt spirtin parçalanmasına və asetaldehidin səviyyəsinin azalmasına cavabdeh olan fermentləri aktivləşdirir. Asetaldehid spirtli içkilərin oksidləşməsi zamanı orqanizmdə əmələ gələn maddədir.


Qanda həddindən artıq spirt olduqda, ferment sistemləri asetaldehidi tamamilə sirkə turşusuna çevirə bilmir, nəticədə o orqanizmdə toplanır və qaraciyəri zədələyir.

Bundan əlavə, tədqiqatçılar bədəndə spirt mübadiləsi zamanı zərərli birləşmələrin əmələ gəlməsini artıran CYP2E1 fermentinin zəifləməsini qeyd etdilər.

Kəskin alkoqol intoksikasiyası vəziyyətində olan heyvanlar üzərində aparılan təcrübələr təsdiqləyib ki, ekstraktın təsiri qanda etanol və onun metabolitlərinin səviyyəsini və qaraciyərin iltihabını azaldır, antioksidant müdafiəni artırır.

Həmçinin qaraciyərin zədələnməsinin biomarkerləri olan AST və ALT fermentlərinin əhəmiyyətli dərəcədə azalması da müşahidə edilir. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO