Azərbaycanda məşhur mağaza BAĞLANIR

Azərbaycanda məşhur mağaza BAĞLANIR

Hazırda oxunan: Azərbaycanda məşhur mağaza BAĞLANIR
269777
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin “DeFacto” markasına məxsus mağazaların bağlandığı iddia edilir.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, artıq şəbəkənin bir neçə filialı boşaldılır. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.

İddia olunur ki, hələ bir müddət öncə şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir. 

Məlumat üçün bildirək ki, internet resurslarında “DeFacto”nun Azərbaycandakı rəsmi distribyutoru kimi “BrandMart” QSC göstərilib. “DeFacto”nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.

İddiaları dəqiqləşdirmək üçün şəbəkənin Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir neçə filialı ilə əlaqə saxlamağa çalışsaq da, internetdə qeyd edilən nömrələr işləməyib.

“DeFacto”nun Türkiyədə yerləşən Baş Ofisindən isə sorğunu cavablandırmaqdan imtina ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO