Mirzə Ələkbər Sabirin nəvəsi: “Bu problemdən heç kəs özünü kənara çəkə bilməz”

Mirzə Ələkbər Sabirin nəvəsi: “Bu problemdən heç kəs özünü kənara çəkə bilməz”

Hazırda oxunan: Mirzə Ələkbər Sabirin nəvəsi: “Bu problemdən heç kəs özünü kənara çəkə bilməz”
269016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Son dönəmlər Mirzə Ələkbər Sabir Fondu olaraq milli-mənəvi dəyərlərin qorunması ilə bağlı layihələr həyata keçiririk. Sabir də sağ olsa, öz əsərlərində məhz bu problemlərə toxunardı”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Mirzə Ələkbər Sabirin adını daşıyan fondun prezidenti, satirik şairin nəvəsi Sevda Tahirli deyib.

S.Tahirli Fondun planlarından və gördüyü işlərdən danışıb:

“Bizi narahat edən məsələ milli-mənəvi dəyərlərin get-gedə arxa plana keçməsidir. Bu gün keçirilən müzakirə mövzusu da bizi narahat edən və Fondun yer verdiyi məsələlərdən biridir. Maddi məsələlərin milli-mənəvi dəyərlərin önünə keçməsi narahatlıq doğurur. Bu istiqamətdə problemləri qarşıya qoyaraq, məsələni qabardırıq, həll yolu üçün addımlar atırıq”.

O, erkən nikahlarla bağlı mövzuya da toxunub:

“Bəli, Sabir satiralarında hər zaman qızların təhsilinə, oxumasına yer verib. Fond olaraq erkən yaşda nikahların bağlanması məsələsi bizim diqqətimizdədir.

Əslində erkən evliliyin kökü də gedib maddiyyata çıxır. Bu istiqamətdə maarifləndirmənin zəif olduğunu hiss edirik. Cəmiyyətdə heç kəs bu problemdən özünü kənara çəkə bilməz. Gələcəkdə bu məsələ ilə bağlı da tədbirlər həyata keçirmək, addımlar atmaq istəyərik”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO