Limon suyunun ev təmizliyində inanılmaz FAYDASI

Limon suyunun ev təmizliyində inanılmaz FAYDASI

Hazırda oxunan: Limon suyunun ev təmizliyində inanılmaz FAYDASI
267829
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ev şəraitində ən çox rast gəlinən problemlərdən biri kran və duş başlıqlarında əmələ gələn kirəcdir. Xüsusilə sərt suyun tərkibindəki kalsium və maqnezium mineralları zamanla çökmə yaradaraq xoşagəlməz ləkələrin əmələ gəlməsinə səbəb olur. Həm estetik, həm də gigiyenik baxımdan narahatlıq doğuran bu ləkələrdən qurtulmağın isə sadə və təsirli üsulu var.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, ev təmizliyində istifadə edilən vasitələrdən ən effektlisi limon soyudur.
 

Təmizlik üzrə mütəxəssis Şarlott Hyuz bildirib ki, kran və duş başlıqlarındakı kirəcin aradan qaldırılmasında limon suyu ən təsirli təbii vasitələrdən biridir. Limonun yüksək turşuluq dərəcəsi sayəsində kirəc sürətlə həll olunur və səthlər əvvəlki parlaqlığını bərpa edir.


Limon suyu ilə kirəci təmizləmə üsulu

Limonun tərkibindəki limon turşusu kirəcin əsasını təşkil edən kalsium karbonatla reaksiyaya girərək çöküntüləri asanlıqla həll edir. Bunun üçün 75 faiz limon suyu və 25 faiz sudan ibarət qarışıq hazırlanır. Yumşaq süngər və ya bez qarışığa batırılaraq kirəc yığılmış hissələrə tətbiq edilir. Məhlulun səthdə təxminən iki dəqiqə qalmasına imkan verilir.
 

Daha sonra ilıq su ilə yaxalanır və həll olunmuş qalıqlar təmizlənir. Sonda isə mikrofiber bezlə qurulamaqla səth əvvəlki parıltısına qovuşur


Bu üsul yalnız kirəci aradan qaldırmır eyni zamanda yeni kirəc yığılmasının qarşısını alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO