SON DƏQİQƏ! MİQ üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! MİQ üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

Hazırda oxunan: SON DƏQİQƏ! MİQ üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI
267311
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
 

Bildirilib ki, 22-25 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1305 namizəd uğur qazanaraq, müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.


Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq, çıxarışlarının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO