Pirallahıda əməliyyat keçirildi – HƏBS EDİLƏN VAR

Pirallahıda əməliyyat keçirildi – HƏBS EDİLƏN VAR

Hazırda oxunan: Pirallahıda əməliyyat keçirildi – HƏBS EDİLƏN VAR
261649
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı mübarizəni davam etdirirlər.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Pirallahıda keçirilən növbəti əməliyyat zamanı 1975-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş rayon sakini Maqsud Cəfərov saxlanılıb.

Ondan tərkibinə zərərli maddələr əlavə edilmiş 42 kiloqram marixuana aşkarlanıb.
 

O, ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Pirallahı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.


Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO