Dünən –martın 4-də işğalçı ölkənin səhiyyə naziri Arsen Torosyan növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımızda sülənməyə gəlib.
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı erməni nəşrlərininxa0 bu haqda yaydıqları məlumata görə,xa0 sərhəd pozucusu olan naziri qondarma separatçı-terrorçu rejimin “dövlət naziri” adlanan Qriqori Martirosyan ad-soyadlı adamabənzər məxluq qəbul edib. Görüşdəxa0 Ermənistanın separatçı rejimə səhiyyə sahəsində verdiyi vəxa0 verəcəyi dəstək proqramlarından bəhs edilib, işğalçı ölkədə olduğu kimi, rejimin nəzarət etdiyi Azərbaycan torpaqlarında da tezliklə tibbi sığortanın tətbiq edilməsinin zəruriliyindən danışılıb.xa0xa0

Ermənistan səhiyyə naziri söz verib ki, səhiyyə sahəsində başqa yardımlarla yanaşı, bu günlərdə İrəvandan Xankəndinə hədiyyə olaraq 10 ambulans da göndəriləcək.
Sultan Laçın
xa0
xa0































































































