Azərbaycan Qırğızıstanda uşaq xəstəxanası tikəcək

Azərbaycan Qırğızıstanda uşaq xəstəxanası tikəcək

Hazırda oxunan: Azərbaycan Qırğızıstanda uşaq xəstəxanası tikəcək
261308
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın dəstəyi ilə Qırğızıstanda uşaq xəstəxanası tikiləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin işlər müdiri Kanıbek Tumanbayev yerli mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü və dəstəyi ilə Bişkekdə daha bir müasir xəstəxananın tikintisinə yaxın vaxtlarda başlanılacaq.
 

Qırğızıstan rəsmisi bildirib ki, layihənin ilkin olaraq İssık-Kulda həyata keçirilməsi nəzərdə tutulsa da, lakin Qırğızıstan Prezidentinin Azərbaycana işgüzar səfərindən sonra tikintinin paytaxtda aparılması barədə qərar qəbul edilib.


Artıq lazımi avadanlıqla tam təchiz olunacaq xəstəxananın hazırlıq işlərinə başlanılıb.

K. Tumanbayev uşaq xəstəxanasının Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana hədiyyəsi olduğunu vurğulayıb. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO