“Agentlik bunların qarşısını almırsa, deməli, rüşvət alır” -  Deputat

“Agentlik bunların qarşısını almırsa, deməli, rüşvət alır” - Deputat

Hazırda oxunan: “Agentlik bunların qarşısını almırsa, deməli, rüşvət alır” - Deputat

258580
“Bakıda köşklər əsasən universitetlərin yaxınlığında yerləşdirilib. Həmin köşklərin şüşəsinə siqaretlər düzülür. Bu, reklam deyil?”xa0

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Bakıda siqaretlər açıq şəkildə reklam olunsa da, bunun qarşısı alınmır: “Azərbaycan Dövlət Reklam Agentliyi var. Bir dəfə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qarşısındakı mağazaya gəlmişdilər. Soruşdum, nə baş verib? Dedilər ki, mağazanın şüşələri rənglənməlidir. Çünki içəridəki mallar görünür, bu da reklamdır, ya reklam ödənişi edilməlidir, ya da rənglənməlidir. Necə olur ki, köşklərin qarşısındakı siqaretlər reklam hesab olunmur? Deməli, burada hansısa korrupsiya əlamətləri var. Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön şüşələrə düzülür. Dövlət Reklam Agentliyi bunların qarşısını almırsa, deməli, rüşvət alır".

Q.Həsənquliyevin fikrincə, Dövlət Reklam Agentliyi ləğv olunmalıdır: "Günlərin birində deputat həmkarlarımızla Fransada idik. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi, ona görə də mağazaya getdik. Bizə bildirdilər ki, siqaret qapalı yerdə saxlanılır, onu açıq yerə qoymuruq. Azərbaycanda siqaret reklamı qadağan olunsa da, buna əməl olunmur. Yəni gənclərin olduğu hər yerdə siqaret təbliğ olunur. Düşünürəm ki, Dövlət Reklam Agentliyi ləğv edilməli, səlahiyyətləri bələdiyyəyə verilməlidir”.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO