Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrdə görüş keçirildi - FOTO

Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrdə görüş keçirildi - FOTO

Hazırda oxunan: Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrdə görüş keçirildi - FOTO
25840
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İllik fəaliyyət planına uyğun olaraq Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ərəfəsində azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbədən, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələrindən əsgərlərlə geniş söhbətlər aparılıb, ordumuzun əldə etdiyi zəfərin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığı yüksəldilir - VİDEO


Tədbir zamanı istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.

Görüşlər zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş edilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının vətənpərvərlik mövzusunda təqdim etdiyi musiqi nömrələri şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO