Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO

Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO

Hazırda oxunan: Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO
257608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammiti Xankəndi şəhərində keçiriləcək. 3-4 iyul tarixlərində İƏT-ə üzv ölkələrin liderləri Qarabağda bir araya gələcəklər.

Bizim.Media xəbər verir ki, Xankəndidə sammitə hazırlıq işləri davam edir.

Küçə və prospektlərdə, tədbirin keçiriləcəyi tarix və məkanı əks etdirən plakatlar yerləşdirilib. Yol infrastrukturu yenidən qurulur. Yollara asfalt örtüyü çəkilir. Bir çox yaşayış binası və ictimai obyektlər əsaslı şəkildə təmir olunur.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhər sakinləri beynəlxalq iqtisadi toplantının Xankəndidə təşkilini əlamətdar hadisə kimi dəyərləndirirlər. Bu tədbir həm də 30 ildən çox separatizmə yuva olmuş Xankəndini diqqət mərkəzinə gətirir. Xankəndidə baş tutacaq 17-ci sammitdə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, bölgənin gələcəyi ilə yanaşı, dünyada baş verən son hadisələr də müzakirə olunacaq.
 

Xatırladaq ki, Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra - 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Təşkilatın hazırkı üzvləri Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Əfqanıstan və Özbəkistandır.


Qeyd edək ki, İƏT-in 16-cı Zirvə Görüşü 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.

Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 1
Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 2
Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 3
Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 4
Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 5
Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 6
Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 7
Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 8
Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 9
Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 10
Xankəndi sammitə hazırlaşır: Bir neçə ölkənin prezidentləri Qarabağa gəlirlər – FOTO - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO