Azərbaycanda gənc əsgərlərlə GÖRÜŞ oldu - FOTO

Azərbaycanda gənc əsgərlərlə GÖRÜŞ oldu - FOTO

Hazırda oxunan: Azərbaycanda gənc əsgərlərlə GÖRÜŞ oldu - FOTO
25504
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə Silahlı Qüvvələri Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Vətən müharibəsi qaziləri, hərbi hissə komandanlığı, səyyar təşviqat qrupunun üzvləri və şəxsi heyət iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan hərbçiləri Türkiyəyə yollandı – SƏBƏB - VİDEO


Görüşdə iştirak edən qazilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbə, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələri barədən gənc əsgərlərlə geniş söhbət aparıb, ordumuzun əldə etdiyi tarixi zəfərin əhəmiyyətini xüsusi qeyd ediblər.

Tədbir zamanı istedadlı əsgərlər arasında musiqi yarışı keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqi nömrələri şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO