Vətən müharibəsi şəhidlərinin xatirəsinə şahmat turniri keçirildi - FOTO

Vətən müharibəsi şəhidlərinin xatirəsinə şahmat turniri keçirildi - FOTO

Hazırda oxunan: Vətən müharibəsi şəhidlərinin xatirəsinə şahmat turniri keçirildi - FOTO
25447
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Azərbaycan Məktəb İdmanları Federasiyası, İDEA Şahmat Klubu və 132 - 134 nömrəli Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə həmin məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidləri - Nicat Tarverdiyev, Yusif Budaqov və Fərid Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Bizim.Media xəbər verir ki, BŞGİBİ-dən verilən məlumatına görə, açıq havada təşkil olunan turnirdə şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, sinif rəhbərləri və müəllimləri iştirak ediblər.

Açılış mərasimində baş idarənin rəisi Raqif Abbasov 44 günlük Vətən müharibəsi və Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti haqqında danışıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, rəhbərlik etdiyi qurumun şəhidlərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlərin və yarışların davam edəcəyini vurğulayıb.

Bizim.Media

Vətən müharibəsi şəhidlərinin xatirəsinə şahmat turniri keçirildi - FOTO - foto 1
Vətən müharibəsi şəhidlərinin xatirəsinə şahmat turniri keçirildi - FOTO - foto 2
Vətən müharibəsi şəhidlərinin xatirəsinə şahmat turniri keçirildi - FOTO - foto 3
Vətən müharibəsi şəhidlərinin xatirəsinə şahmat turniri keçirildi - FOTO - foto 4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO