Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK yaşadı - VİDEO

Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK yaşadı - VİDEO

Hazırda oxunan: Bakıdan rayona dincəlməyə gedən ailə ŞOK yaşadı - VİDEO
253448
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadisə ilə üzləşib. Belə ki, Yasamal rayonundan çıxan avtomobildə ailə üzvləri ilanla qarşılaşıb.

Bizim.Media xəbər verir ki, ailənin Musavat.com-a verdiyi məlumata görə, ilan avtomobilin üzərində yol boyu hərəkət edib və dörd saatlıq səyahət ərzində maşını tərk etməyib.

Maşında uşaqların da olması ailə üzvlərində ciddi təşviş yaradıb. Nəhayət, ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb.
 

Qeyd edək ki, son vaxtlar Bakının müxtəlif ərazilərində ilanların görünməsi ilə bağlı məlumatlar yayılır. Xüsusilə ilanların yaşayış məntəqələrinə, həyətlərə və hətta evlərin içərisinə daxil olması halları müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti havaların qızması, qida axtarışı və ilanların təbii yaşayış yerlərinin daralması ilə əlaqələndirirlər.


Ən çox müşahidə olunan ərazilər isə Yasamal rayonu, Sabunçu və Binəqədi ətrafı, Qaradağ və Hövsan istiqamətlərinin olduğu bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO