Bu qidalar üzdə sızanaq yaradır – Dermatoloqlardan XƏBƏRDARLIQ

Bu qidalar üzdə sızanaq yaradır – Dermatoloqlardan XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu qidalar üzdə sızanaq yaradır – Dermatoloqlardan XƏBƏRDARLIQ
253100
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dəri problemləri arasında ən çox yayılan hallardan biri olan sızanaqların yaranmasına təkcə hormonal dəyişikliklər deyil, qidalanma vərdişləri də ciddi təsir göstərir.

Bizim.Media xəbər verir ki, dermatoloqlar bəzi qida məhsullarının sızanaqların əmələ gəlməsini sürətləndirdiyini və dəridə iltihablı reaksiyalara səbəb olduğunu bildirirlər.

Sızanaq yaradan əsas qidalar hansılardır?

1. Şəkərli və karbohidratlı məhsullar

Ağ çörək, şirniyyatlar, qazlı içkilər və hazır desertlər qan şəkərini sürətlə yüksəldərək insulin səviyyəsinin artmasına səbəb olur. Bu da dəri yağlanmasını artıraraq sızanaq yaranmasına şərait yaradır.

2. Süd və süd məhsulları

Xüsusilə yağsız süd və bəzi pendir növləri hormon balansına təsir göstərərək dəri məsamələrini tıxaya və iltihab riskini artıra bilər.

3. Fast-food və qızartmalar

Çox yağlı, duzlu və qızardılmış yeməklər - məsələn, kartof qızartması, hamburger və digər hazır yeməklər - bədəndə iltihablı reaksiyaları gücləndirə və dəridə sızanaq əmələ gətirə bilər.

4. Şokolad (xüsusilə südlü)

Şokoladın özü deyil, onun tərkibindəki şəkər, süd və əlavələr dəriyə zərər verə bilər. Bu səbəbdən şokolad həddindən artıq istehlak edildikdə dəridə səpkilərin artmasına səbəb ola bilər.

Sızanaqlardan qorunmaq üçün nə etməli?

Mütəxəssislər dəridəki problemlərlə mübarizədə düzgün qidalanmanın vacibliyini vurğulayır. Bol su içmək, meyvə-tərəvəzə üstünlük vermək, şəkərli və emal olunmuş qidalardan uzaq durmaq sızanaq riskini azalda bilər.

Bununla yanaşı, dəri tipinə uyğun gigiyenik vasitələrin istifadəsi və dermatoloq məsləhəti ilə düzgün dəriyə qulluq da vacib şərtlərdən biridir. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO