Komitə sədrindən nazirliyin qərarına ETİRAZ – “Təhsilin bu vəziyyətə salınması...”

Komitə sədrindən nazirliyin qərarına ETİRAZ – “Təhsilin bu vəziyyətə salınması...”

Hazırda oxunan: Komitə sədrindən nazirliyin qərarına ETİRAZ – “Təhsilin bu vəziyyətə salınması...”
252128
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Təhsildə bir çox problemlər var və bu bizi narahat etməlidir. Bu günlərdə lisey və gimnaziyalara IV, V, VI siniflər üçün qəbul imtahanlarının ləğv olunması ilə bağlı qərar verildi. Yüzlərlə insan liseylərə qəbul üçün hazırlaşıb. Bu qərar 8 ay öncə qəbul olunsaydı, heç bir narazılıq yaratmazdı. Amma imtahana qısa müddət qalmış bunun ləğv olunması təhsil strategiyası ilə bağlı məsələlərə ciddi yanaşılmalı olduğunu göstərir. İctimai etirazlardan sonra qərar ləğv olundu”. 

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Musatafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.


O bildirib ki, bu cür eksperimentlərlə təhsilin bu vəziyyətə salınması arzu olunan deyil:

“Bu məsələlərdə bir az ciddiliyi artırmalıyıq. Bir çox sahələrdə verilən qərarlar fayda vermir. İndiki rəhbərlik səviyyəsində deyilir ki, burada olan səhvlər 20 il əvvəlki rəhbərlərin səhvi idi. 20 ildən, yəni təhsil tam sıradan çıxandan sonra biri çıxıb deyəcək ki, bu, 20 il öncəki səhvlərdir. Ona görə də qərar verərkən ciddi düşünməliyik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO