DİN-dən rayonlarda uşaq oğurluğu iddiaları ilə bağlı AÇIQLAMA- FOTOFAKT

DİN-dən rayonlarda uşaq oğurluğu iddiaları ilə bağlı AÇIQLAMA- FOTOFAKT

Hazırda oxunan: DİN-dən rayonlarda uşaq oğurluğu iddiaları ilə bağlı AÇIQLAMA- FOTOFAKT
245648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər sosial şəbəkələrdə bəzi rayonlarda uşaq oğurluğu  ilə bağlı səs yazıları yayılıb. Valideynləri qorxuya salan bu tip məlumatlar ictimaiyyətdə də narahatlıq doğurub. Bir neçə gün öncə Gəncədə, dünən isə Zərdabda bənzər səsyazısı və fotolardan insanlar qorxuya düşüb.

Bəs, bu iddiaların əsası varmı?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır:

“Həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar”, - deyə nazirlikdən bildirilib.

DİN-dən rayonlarda uşaq oğurluğu iddiaları ilə bağlı AÇIQLAMA- FOTOFAKT - foto 1


Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO