Qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır – FOTO

Qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır – FOTO

Hazırda oxunan: Qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır – FOTO
244406
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Havaların kəskin dəyişməsi nəticəsində qərb bölgəsinin bəzi şəhər və rayonlarına yağış, dağlıq ərazilərdə isə qar yağır.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Göygöl rayonunun Tülallar kəndinə hazırda yağan qarın qalınlığı 6-sm çatıb.
 

Kəndlə rayon mərkəzinin əlaqəsini təmin edən avtomobil yolunda çətinliklər yarandığı bildirilir.


Hazırda yolun gediş-gəliş üçün işlək vəziyyətdə olması istiqamətində tədbirlər görülür.

Qərb böldəsində Daşkəsən rayonuna və rayonun dağ kəndlərinə qar yağmağa başlayıb.

Xoşbulaq, Əhmədli, Əmirvar, Muşavaq, Dəstəfur, Yuxarı Daşkəsən qəsəbəsində qarın qalınlığı 6-8 sm aralığındadır. Rayonun özündə və kəndlərində hazırda da qar yağır.

Qeyd edək ki, qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürür.

Gədəbəy rayonunun yüksək dağlıq kəndləri də ağ örpəyə bürünüb. Başkənd, Şınıxda qarın hündürlüyü 7-8 sm təşkil edir. Hazırda dağlıq ərazilərə qar yağır.

Qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır – FOTO - foto 1
Qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır – FOTO - foto 2
Qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır – FOTO - foto 3


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO