Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü – FOTO

Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü – FOTO

Hazırda oxunan: Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü – FOTO
244071
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən axşam saatlarında Abşeron rayonunun Fatmayı kəndində qətl törədilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizami oğlu Fatmayı bələdiyyəsinin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Fatmayı sakini Kənan Məmmədov saxlanılıb.

Den.az-ın məlumatına görə, İ.Həşimov dünən oğlu ilə birgə Fatmayıya gedib və burada bir qrup yerli sakinlə münaqişə baş verib. Bu zaman İ.Həşimov avtomobillə K. Məmmədovun maşınını vurub. Kənan da bıçaqla 52 yaşlı kişiyə hücum edib.
 

Hadisə zamanı Kənan Məmmədovun idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Maşının aldığı zərbənin təsirindən alovlanması və ya K.Məmmədov tərəfindən qəsdən yandırılması hələlik məlum deyil.


Qeyd edək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov ötən ilin 1 iyun tarixində 23 yaşında yol qəzasına düşərək dostu ilə birgə həlak olub.

Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO